“Bülent Ersoy bundan daha çox xeyir verər millimizə” – SƏRT İFADƏLƏR

20 İyun 2024 16:00 Problem 2 541
“Bülent Ersoy bundan daha çox xeyir verər millimizə” – SƏRT İFADƏLƏR

“Beşiktaş”dakı fəaliyyəti cəmi 3 ay davam edən və cəmi 3 ay əvvəl Türkiyədən ayrılan Fernandu Santuş bundan sonra Azərbaycan millisində əsas söz sahibi olacaq.

2016-cı ildə Portuqaliya millisinə Avropa çempionluğunu qazandırmış təcrübəli çalışdırıcı azı 2027-ci ilə qədər “sükan arxasında” dayanacaq.

Santuşun təyinatı ölkəmizdə ciddi ajiotaj doğurdu. Berti Foqtsla Canni de Byazinin ardınca oktyabrda 70 yaşını tamamlayacaq daha biri qocanın Azərbaycana dəvət olunması futbol ictimaiyyətinin haqlı iradına səbəb olmaqdadır.

8 il baş məşqçisi olduğu Portuqaliya millisindən 2022-ci ildə ayrılan Fernandu son 2 ildə Polşa yığmasında 8, “Beşiktaş”da 3 ay fəaliyyət göstərib.

Odur ki, artıq Avropada titullu yox, tükənmiş məşqçi kimi qəbul olunur.

Santuşun təyinatı azarkeşlərin müxtəlif yanaşmalarına səbəb olub ki, sosial şəbəkələrdəki şərhlərin bir neçəsini təqdim edirik.

“Bu məşqçilərə bu qədər pul tökməkdənsə, onlara verilən pulu uşaq futboluna ayırın da. Sizin sayənizdə 10 milyonluq ölkədən 11 futbolçu çıxmır”.

“AFFA gördü ki, Arif Əsədovlu millidə inkişaf var, dedilər, belə olmaz. Həyatı qurtarmış məşqçini gətirdilər”.

“Bundan pisi var idi görəsən?”

“Allah sizə səbr versin, azərbaycanlı qardaşlarım”.

“Santuşun Azərbaycan millisindəki hədəfi məlumdur – 2028-ci ilə qədər sağ qalmaq”.

“Bülent Ersoy bundan daha çox xeyir verər millimizə”.

“Buna bizim pensiyanı versələr 70 yaşa çatmayacaq. Bununla necə 2028-ə qədər müqavilə bağlanıb?”

“Ayaq üstə dayana bilmir. Bundan nə gözləyirsiniz?”

“Santuş bununla da Azərbaycanda ən çox pensiya alan şəxs adına yiyələndi”.

69 yaşlı çalışdırıcı 1988-ci ildə başlayan məşqçilik karyerasında “Portu”, “Sportinq”, “Benfika”, “Eştoril”, “Eştrela”, “AEK Afina”, “Panatinaikos”, PAOK, “Beşiktaş” klublarını, Yunanıstan, Portuqaliya və Polşa millilərini çalışdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı