"Qurban Qurbanov orada təkdir".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində AFFA İcraiyyə Komitəsinin (İK) yeni tərkibi barədə sərt fikirlər səsləndirib.
Tanınmış teleşərhçi komitənin artıq 2-3 dəfə toplandığını, ancaq son iki ay ərzində heç bir qərar vermədiyini, vaxt itkisinə səbəb olduğunu bildirib.
Qeyd edib ki, Qurban Qurbanov istisna olmaqla, İK-nin bütün üzvləri bir nəfərin adamlarıdır.
Abbasov deyib ki, Qurbanovun sözügedən komitədə yer almasını məqbul saymır və federasiyanın ali orqanından yaxşı heç nə gözləmir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

