“Rusiyanın problemi Ermənistan yox, Azərbaycandır"

29 Yanvar 2023 12:30 Problem 2 551
“Rusiyanın problemi Ermənistan yox, Azərbaycandır"

“Rusiya üçün Azərbaycanın ambisiyaları ciddi problemdir.

Çünki ən azı, Moskvadan ötrü Azərbaycanla konfliktə girmək ağlasığmaz olsa da, onu cilovlamaq lazımdır.

Ona görə də Rusiyanın Güney Qafqazda əsas problemi heç bir halda, nə Moskva və Parisin razılığı ilə hərəkət edən, özünü KTMT-nin əleyhdarı və Avropa dəyərlərinin tərəfdarı kimi təqdim edən, əslində isə tamamilə asılı olan Paşinyandır, nə də təbii ki, Moskvanın göstərişi ilə Qarabağa gələn Vardanyandır, bu, Azərbaycandır”.

Bu fikri tanınmış rusiyalı ekspert, Azərbaycan-Ermənistan konflikti ilə bağlı bir qayda olaraq ədalətli mövqe sərgiləyən Maksim Şevçenko Minval.az-a müsahibəsində deyib.

Azərbaycan və Rusiya liderləri arasında gözəl insani münasibətlər, qarşılıqlı hörmətin mövcudluğuna rəğmən, M.Şevçenko hesab edir ki, siyasət birinci şəxslərin münasibətlərindən yüksəkdə durur və onun öz qanunları var. “Məhz buna görə də iddia edirəm ki, Azərbaycanın bölgədə potensial geosiyasi çəkisinin artması Moskvada təhlükə olmasa da, strateji problem kimi qəbul olunur. Üstəlik, bu gün Rusiyaya qarşı açıq düşmən mövqe tutan Londonla Bakının əlaqələri göz qabağındadır”, - deyə o qeyd edib.

Bu səbəbə onun qənaətincə, bütün bu problemlər - Laçında, Xankəndidə baş verənlər, Ermənistanla münasibətlər Moskvanın həm də Parislə tərəfdaş münasibətləri çərçivəsində Azərbaycanı sıxışdırmağa yönəlik böyük bir oyunun tərkib hissəsidir.

Sözünə davam edən politoloq deyib: “Azərbaycan iki əsas məsələni həll etməyib: 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ölkə ərazisini tam azad etməyib və ikincisi, Zəngəzur dəhlizini açmaq mümkün olmayıb. Baxmayaraq ki, 2020-ci ilin dekabrında Bakı hər şeyin bir addımlığında idi. Əminəm ki, hər iki məsələdə Azərbaycana sözdə kömək vəd ediləcək, gerçəkdə isə hər cür "dolayı hərəkətlər"lə bu işlərə pəl vurulacaq, əngəl yaradılacaq".

Analitikə görə, Azərbaycanda həmçinin Rusiyanın guya Zəngəzur dəhlizinə Şimal-Cənub dəhlizi kontekstində ehtiyacı olması ilə bağlı yanlış düşüncə var: “Bu doğru deyil. Zəngəzur dəhlizi Rusiyaya gərək deyil. Rusiya bəlkə də ondan imtina etməz, amma bunun həyata keçirilməsi üçün barmağını-barmağına vurmaz. Əgər Azərbaycan, hər halda, onu reallaşdıra bilsə, - nəyə ki, mövcud situasiyada şübhə edirəm, - onda Rusiya da ondan yararlanar. Bu, Rusiyanın layihəsi deyil və bu dəhlizə o, nəzarət etmir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda