"Bakının vaxtı az qalıb, İrəvan ləngidir ki…"

2 Dekabr 2022 18:50 Problem 323
"Bakının vaxtı az qalıb, İrəvan ləngidir ki…"

"Son bir həftədə Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunda hər gün atəşkəs pozulur.

Azərbaycan mövqeləri Ermənistan və erməni qanunsuz silahlı birləşmələri tərəfindən mütəmadi olaraq hücuma məruz qalır,

Rusiya sülhməramlılarının arxasından atəşə tutulur".

Ermənistan niyə qəsdən vəziyyəti gərginləşdirir?

Səbəblərdən biri İrəvanın sülh danışıqlarında irəliləyişi hər vasitə ilə ləngitmək istəyidir. Ermənistan rəhbərliyi bu istəyi hərbçilərlə yanaşı, diplomatik yolla da həyata keçirir. Azərbaycanla danışıqların Brüssel formatı ermənilərin Makronu bu işə cəlb etmək barədə əsassız tələbi səbəbindən praktiki olaraq dayanıb. Makronun antiazərbaycan bəyanatlarını nəzərə alsaq, Bakı üçün bu format qəbuledilməzdir. Unutmayaq ki, Fransa parlamentariləri də Azərbaycanın ərazi bütövlüyü və iqtisadiyyatına qarşı üç qətnamə qəbul edib. İrəvan hər cür yolla sülh sazişinin imzalanmasını ləngitməyə çalışırsa, Bakı, əksinə, bu məsələnin tez bir zamanda bağlanmasını zəruri sayır.

Bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

“Bakı Moskvanın qeyd-şərtsiz dəstəklədiyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əməl edilməsinin qatı tərəfdarıdır. Azərbaycan artıq bəyanatda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirib, İrəvan isə Ermənistan ordusunun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasına dair 4-cü bəndi və Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, maneəsiz hərəkətin təmin edilməsi ilə bağlı 9-cu bəndi hələ də yerinə yetirməyib. Bu tələblərin yerinə yetirilməsi regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına imkan verəcək. Bakı aydın başa düşür ki, hazırda regiona lazım olan yeganə şey etibarlı sülh və sabaha inamdır. İrəvan nə qədər çalışsa da, təxribat xarakterli hərəkətləri ilə müharibədən sonrakı nizamlanmanı ləngidə bilməyəcək. Burada xatırlatmaq yerinə düşər ki, Ermənistan rəhbərliyi yaxın gələcəkdə öz xalqının mənafeyi naminə sülh yoluna alternativin olmadığını anlayacaq. Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, politoloq Aleksey Naumov da bildirib ki, Azərbaycan məqsədlərinə çatmaq üçün çox az vaxt qaldığını anlayaraq, regionda sabitliyi pozmaq istəyən təxribatlara tab gətirmir. Onun da dediyi kimi, indi İrəvanın vəzifəsi Bakını radikal hərəkətlərə, güclü hərbi reaksiyaya, genişmiqyaslı cavab əməliyyatına sövq etmək və Azərbaycanı bu təxribatda, diplomatik həlli həyata keçirə bilməməkdə ittiham etməkdir. Bununla da qondarma beynəlxalq qurumlar, Fransa və digərlərinin əli ilə sülh sazişini pozmaqdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycan sadəcə olaraq Ermənistanın təxribatlarına uymur:

“Bakı münaqişəni diplomatiya yolu ilə həll etməyə üstünlük verir. Bu, Bakının öz məqsədlərinə ən effektiv, təhlükəsiz və insanlar üçün faydalı vasitələrlə nail olmaq üçün aydın siyasi xəttidir. Döyüşməyin də, danışmağın da vaxtı var. Artıq döyüşməyin vaxtı olub, hər şeyi öz yerinə qoyulub. Danışmaq vaxtıdır. Amma Azərbaycanın rəqibləri yenidən döyüşmək üçün vaxt istəyirlər”.

Digər Xəbərlər
Xəbər Lenti