"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələndi

30 Sentyabr 2022 02:10 Problem 513
"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələndi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un daha bir futbolçusu zədələnib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Usseynu Ba sıradan çıxıb.

26 yaşlı seneqallı oyunçunun durumuna bu gün aydınlıq gələcək.

Daha əvvəl Pirey təmsilçisinin digər müdafiəçisi Panayotis Retsos eyni aqibəti yaşayıb. 24 yaşlı futbolçunun "Qarabağ"a qarşı ilk qarşılaşmanı buraxacağı dəqiqləşib.

Bundan əlavə, komandanın əsas qapıçısı Tomaş Vatslikin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"