Superkubok uğrunda planlaşdırılan turnir ləğv edildi

11 Yanvar 10:20 Problem 234
Superkubok uğrunda planlaşdırılan turnir ləğv edildi

Qazaxıstan Superkuboku uğrunda planlaşdırılan turnir ləğv edilib.

Sportinfo.az xəbər verir ki, buna səbəb ölkədəki siyasi gərginlikdir.

Qazaxıstan Superkuboku uğrunda 4 komanda - “Kayrat”, “Astana”, “Tobol” və “Kızıl-Jara” mübarizə aparacaqdı.

Turnir fevralın 24-də Nur-Sultan şəhərində start götürəcəkdi. Məlumata görə, Superkubok qarşılaşmasının 4 yox, 2 komanda ilə keçirilməsi nəzərdə tutulur. Amma dəqiq tarix bəlli deyil.

Kubokun hazırkı qalibi “Tobol”dur. Yaşanan ixtişaşlardan sonra Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti