Messidən hakimə rüşvət ittihamı: “O, bunu qəsdən edir”

15 Oktyabr 22:00 Problem 218
Messidən hakimə rüşvət ittihamı: “O, bunu qəsdən edir”

Argentina yığmasının lideri Lionel Messi Peru ilə qarşılaşmada hakimin idarəçiliyindən razı qalmayıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı braziliyalı hakim Vilton Sampayo idarə edib.

Messi bu hakimi rüşvət almaqda suçlayıb. O, Sampayonun idarə etdiyi bütün qarşılaşmalarda problemlə üzləşdiklərini bildirib:

“Bu hakim hər dəfə bizim oyuna təyinat alanda belə işlər görür. Mənə elə gəlir ki, o, bunu qəsdən edir”.

Messi bu hakimdən ilk dəfə deyil ki, şikayətlənir. O, Amerika kubokunun 1/4 finalında Ekvadorla keçirilən oyundan sonra da Viltona qarşı irad bildirmişdi.

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XII turunun matçında Argentina Perunu qəbul edib.

Buenos-Ayresin “Monumental Antonio Vespucci Liberty” stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 43-cü dəqiqədə Lautaro Martines vurub.

Argentina bu qələbədən sonra 22 xal toplayaraq, yarış cədvəlində ikinci yerdə qalıb. Komanda DÇ-2022-nin indiki seçmə mərhələsində uduzmayıb. Yığma lider Braziliyadan 4 xal geri qalır.

Peru 11 xalla turnir cədvəlində səkkizinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:20 Xavi getdi, Xavi gəldi
8 Dekabr 13:20 "Qarabağ" ilk "10-luq"da