Rəşad Sadıqov buna görəmi... AFFA-nın bütün qərarları, seçimləri belə iyrənc və saxtadı!

14 Oktyabr 2021 16:00 Problem 1 914
Rəşad Sadıqov buna görəmi... AFFA-nın bütün qərarları, seçimləri belə iyrənc və saxtadı!

Hamının başı əsas milliyə və onun italiyan çalışdırıcısı Canni De Byaziyə qarışıb.

Tək dərdimiz əsas millidəki De Byazi olsa, nə vardı axı? De Byazidən geri qalmayan, ondan da beşbetərinin biri gənclər millimizin başındadır.

Söhbət Azərbaycana gəldiyi iki ildə ölkənin sərvətini talayan Milan Obradoviçdən gedir.

Deyəsən, 21 yaşlı futbolçulardan ibrarət millimizə baş məşqçi gətirilən serbiyalının Azərbaycanda olduğu iki ilə yaxın müddətdə işi-gücü, ancaq yeyib-içmək olub. Hətta içib özündən getmək də deyə bilərik.

Hər halda 17 görüşdə 1 qələbə qazanan məşqçiyə başqa nə ad vermək olar? Ayıq başla Xorvatiyaya 5-1, Avstriyaya 6-0, Fransaya 5-0 uduzmaq olar.

Amma Lixtenşteynə uduzmaq, doğma meydanda yarım saata yaxın azlıqda qalan Finlandiya qarşısında son anda bərabərliyə sevinmək üçün yeyib-içmək yox, içib, özündən getmək lazımdır. Abır-həyan varsa, ölüb, yerə girmək də olar.

Amma bunların heç biri olmadı. Obradoviç bütün fiaskolara rəğmən "dimdik" milli komandamızın başındadır. Ən yaxşı halda müqaviləsi başa çatacaq yanvar ayına kimi.

Öz yerlimiz, sevimlimiz, sabiq "böyük kapitan", indiki gənc və perespektivli mütəxəssisimiz Rəşad Sadıqov buna görəmi 2 il əvvəl U21-dən göndərilmişdi?

Baxın, hazırkı AFFA rəhbərliyinin bacardığı iş, apardığı seçim, verdiyi qərarlar hamısı belə iyrənc və saxtadır!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti