2 futbolçuda koronavirus aşkarlandı - "Qarabağ"ın rəqibində

25 Sentyabr 2021 16:20 Problem 560
2 futbolçuda koronavirus aşkarlandı - "Qarabağ"ın rəqibində

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan "Kayrat"ının 2 futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevdən götürülmüş analiz nəticələri müsbət çıxıb.

Qazaxıstanın U-21 yığmasının düşərgəsində infeksiyaya yoluxan hər iki oyunçu karantinə alınıb.

Onlar Karaqanda "Şaxtyor"u və "Akjayik"lə çempionat oyunlarını, həmçinin İsveçrə "Bazel"i ilə isə Konfrans Liqasının qrup matçını buraxacaqlar.

"Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib.

Kurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıya səfər edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu