Ronaldonun bacısı da inanmırdı, indi xəstəxanadan yazır - FOTO

28 İyul 2021 12:00 Problem 1 181
Ronaldonun bacısı da inanmırdı, indi xəstəxanadan yazır - FOTO

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, vəziyyəti ağırlaşdığı üçün onu xəstəxanaya yerləşdiriblər.

Bu barədə o özü “instaqram”da yazıb: “Viruusa iyulun 17-də yoluxmuşam. Evdə müalicə alırdım, özümü çox yaxşı hiss edirdim, hətta simptomlar da hiss olunmurdu.

Amma birdən-birə vəziyyətim pisləşməyə başladı, məndə pnevmaniya yarandı. Xəstəxanaya yerləşdirildim, hazırda bütün qaydalara əməl edirəm. Şükür Allaha ki, sağalıram”.

Katya koronavirusa inanmırdı və bunun “böyük bir oyun“ olduğunu düşünürdü. O, ötən il insanlara müraciət edərək bildirmişdi ki, ayılmaq lazımdır, onları aldadırlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...