"Mən müasir futbola nifrət edirəm - Biz səhv edirik və hakimlər də səhv etməlidir"

21 İyun 2021 15:40 Problem 1 257
"Mən müasir futbola nifrət edirəm - Biz səhv edirik və hakimlər də səhv etməlidir"

Sportinfo.az xəbər verir ki, “Liverpul” və İspaniya millisinin yarımmüdafiəçisi Tiaqo Alkantara videotəkrar və əlavə oyunçu dəyişikliklərinin futbola necə təsir etməsi barədə danışıb.

Onun sözlərinə görə, koronavirus pandemiyası məşqçilərlə futbolçuların daha çox ünsiyyətdə olmasına gətirib çıxarıb.

Həmçinin futbolçular arasında rəqabətin azalmasına səbəb olub.

“Əlavə dəyişikliklər müdafiə olunan komandaların bunu 90 dəqiqə etməsinə gətirib çıxarıb. Təzyiq göstərən komanda da bunu sona qədər etməli olur.

Mən müasir futbola nifrət edirəm. Həmişə əleyhinə çıxış etdiyim VAR da mövcuddur. Bu futbolu onun mahiyyətindən, avantürizmdən məhrum edir.

Biz oynayarkən səhv edirik və hakimlər də səhv etməlidir. Bir çox əfsanəvi məqam VAR olsaydı, yaşanmazdı.

Hətta siz meydanın mərkəzindən möhtəşəm qol vurdurda belə hər kəs gözləyir və düşünür: “ümid edirəm hücumun əvvəlində cərimə olmayıb, ofsayt olmayıb”, - deyə futbolçu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"