"Eyni mənzərə "Xəzər Lənkəran"nın oyununda da yaşanırdı"

9 May 2021 22:20 Problem 1 163
"Eyni mənzərə "Xəzər Lənkəran"nın oyununda da yaşanırdı"

"Bir mütəxəssis, bir futbol azarkeşi kimi istərdik ki, Premyer Liqada klub sayı artırılsın".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov yeni mövsüm Azərbaycan Premyer Liqasında klub sayının növbəti dəfə artırılmamasına münasibət bildirərkən deyub.

Təcrübəli mütəxəssis bölgə klublarına qarşı laqeyd münasibət göstərilməsini belə şərh edib: "Bu say nəyin hesabına artmalıdır? Təbii ki, sponsorların. Sponsorlar isə indiki halda Azərbaycanda yox dərəcəsindədir. Bölgələrdəki imkanlı adamlar dəstək olmalıdılar. Bu məsələni ləngidən əsas maliyyə cəhətidir.

10 il əvvəl "Bakı", "İnter", "Xəzər Lənkəran", "Turan" kimi klubların ayrı-ayrı sponsorları vardı. SOCAR isə yalnız "Neftçi"yə baxırdı".

Ağasəlim Mircavadov "niyə indi əvvəlki illərdə olduğu kimi futbola pul ayıran imkanlı şəxslər yoxdur?" sualını isə belə cavablandırıb: "Bunu vallah bilmirəm. Düzü, heç maraqlanmamışam. Hazırda əsas maneə olan pandemiya aləmi bir-birinə vurur. Əvvəllər Saşa ("Şəmkir"in sabiq prezidenti Şahbaz Süleymanovu nəzərdə tutur) kimi insanlar həttən çox idi.

Şahbaz müəllim özü, hətta ailəsi də futbolu çox sevirdi. Belə insanlarda gərək pulla bərabər, futbola sevgi də olsun. Xərclədikləri pulu ürəklə və halalıqla xərcləsinlər. Halalıq olanda sevgi də olacaq, nəticə də. Şəmkirdə oyun günü bayram olurdu. İnsanlar gəlib istirahət edirdi. Eyni mənzərə Lənkəranda da yaşanırdı. Bunlar gözəl şeylər idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti