Ombudsman Xankəndidə Azərbaycan Bayrağına qarşı alçaldıcı hərəkətlə bağlı müraciət etdi

7 May 2021 18:10 Problem 910
Ombudsman Xankəndidə Azərbaycan Bayrağına qarşı alçaldıcı hərəkətlə bağlı müraciət etdi

Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

"Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır.

Bütün bu kimi faktlar tərəfimizdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib", - məlumatda qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti