Paşinyandan Azərbaycana qarşı növbəti həyasızlıq

2 May 2021 19:30 Problem 1 802
Paşinyandan Azərbaycana qarşı növbəti həyasızlıq

Aprelin 29-30-da Tatarıstanın Kazan şəhərində Avrasiya İqtisadi Birliyinin hökumətlərarası Şurasının toplantısı keçirilib.

İclasda Avrasiya Birliyində müşahidəçi statusa malik Moldova, Özbəkistan və Kubanın rəsmi nümayəndələri də iştirak edib.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da Kazan toplantısında iştirak edib və ilk çıxışındaca Azərbaycanda saxlanılan diversantlar məsələsinə toxunub, növbəti dəfə Bakını guya üçtərəfli anlaşmanı pozmaqda ittiham edib. Azərbaycanın bu qurumda hər hansı formada iştirakına ehtiyac varmı? Paşinyanın harada oldu, haraya getdi bu iddiaları dilə gətirməsi nəyə hesablanıb?

Politoloq Qabil Hüseynli hesab edir ki, Nikol Paşinyanın iddiaları ənənəvi erməni həyasızlığından başqa bir şey deyil: “10 noyabrda imzalanmış üçtərəfli birgə bəyanatın tələblərini əslində Ermənistan pozur. Bəyanatda Zəngəzurdan Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat dəhlizinin açılması məsələsi ayrıca bənd olaraq qeyd edilib. Lakin bu günə qədər Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu bənddə nəzərdə tutulan tələbin reallaşdırılmasını yubatmaqla məşğuldur”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

Qabil Hüseynli

Politoloq qeyd etdi ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun 30 apreldə Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Paşinyanın iddialarına tutarlı cavab sayıla bilər: “Nazir deyib ki, üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb. Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb. Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək.

Q.Hüseynli onu da bildirdi ki, Avrasiya İqtisadi Birliyinə Azərbaycanın üzv olması üçün çağırışlar və zaman-zaman hətta təzyiqlər də olub. Lakin Azərbaycan nə bu ittifaqa, nə də KTMT-yə qoşulmayıb. Zaman göstərir ki, Azərbaycan dövləti bu məsələdə ən düzgün yolu seçib. Nə Avrasiya İqtisadi Birliyi, nə də KTMT dünya siyasətində özünə xüsusi yer tutan beynəlxalq səviyyəli təşkilata çevrilə bilməyib. Diqqət edəndə görürük ki, Avrasiya İqtisadi Birliyi ölkələrinin baş nazirlərinin şura iclasına beynəlxalq medianın, beynəlxalq ictimaiyyətin, hətta həmin qurumda təmsil olunan dövlətlərin özlərinin belə, mediasının, ictimaiyyətinin diqqəti, marağı yoxdur. Bu gün hətta həmin birliklərdə təmsil olunan ölkələrin bəziləri arasında hərbi münaqişə hökm sürür”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti