Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı

2 May 2021 18:30 Problem 1 310
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Sportinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinindən məlumat verilib.

Bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti