Stuxlikin artistliyi, yoxsa gizli danışığı uğursuz "yağlama" cəhdi?

1 May 2021 11:40 Problem 1 007
Stuxlikin artistliyi, yoxsa gizli danışığı uğursuz "yağlama" cəhdi?

Həmkarlarımız AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlikdən açıqlama alıb. Avstriyalını danışdırdıqlarına görə onlara əhsən düşür.

Nəhayət ki, üzə çıxdı və simasını göstərdi.

Barəsində dillər əzbəri olan söhbətlər gəzən əcnəbi mütəxəssis mavi səmadan enərək, kubokun "Zirə" ilə "Keşlə" arasında keçirilən cavab qarşılaşmasında təyin edilən penalti və qırmızı vərəqəni, referi Elçin Məsiyevin öz köməkçisi ilə məsləhətləşməsini şərh eləyib.

Deyib ki, futbolçularla "Zirə"nin texniki zonasından olanlar hakimlərə mane olub, məsləhətləşməyə imkan verməyiblər. Üz-üzə dayanmaq əvəzinə, böyür-böyürə, yanaşı, dal-qabaq durmaq məcburiyyətində qalıblar.

Ay xətakar, dəymədüşər Stuxlik! Dediyi sözlər canına necə yayılır... Elə hakimlərə öyrətdiyin qabaq-qabağa, dal-qabağa durmağı öyrətməkdi də. Pis öyrətmisən, bunu da bacarmırlar.

Hakimbaşı bu olaya çox hirslənib, əməyinin hədər getməsinə heyfslənir. Ayıbdır! Hakimlər neyləməli idilər, canlı yayımda, camaatın gözü qarşısında üz-üzə durub, bir-biriylə "zasos" tutmalıydılar?

Hə, Stuxlik… Təzə gəlin kimi indi niyə üzə çıxmısan? "Səbail" - "Sumqayıt", "Səbail" - "Qarabağ", "Sabah" - "Neftçi" qarşılaşmalarındakı hakim qalmaqallarında, başqa oyunlarda harda idin, başın kef məclislərinə qarışmışdı yenə?

Olmayan penaltidə, təpik, dirsək zərbələrində, futbolçular qana bulaşanda, Hondanın sayılmayan qolunda əl yeri yox idi? Ona görə çıxmışdın aradan.

Bəs deyirdin UEFA-nın 2021 nömrəli qərarına uyğun danışmaq, epizodları şərh etmək olmaz. Hələ qırmızısifət kimi bir az da qabağa gedib, Azərbaycan futbolunu aşığalayırdın.

İndi VAR olmasa da, epizodda əl yeri var? "Zirə"nin müdafiəçisi Lazar Corceviç öldürməsə də, "Keşlə"nin hücumçusu Anatolie Abanqı arxadan dümsəklədi.

Qol üzünə həsrət qalan Abanq da neyləsin, heç olmasa, belə vəziyyətlərdə komandasına kömək etməlidir, ya yox?

Sanki arxadan bıçaq vurdular ona, özünü yerə elə atdı, Şahruddin təpik yediyi kimi indi təcili xəstəxanaya aparıb 35 tikiş qoyacaqlar.

Stuxlik hallana-hallana qərarın gecikməsini də komandaların, Rəşad Sadıqovun üstünə yükıəyir. Bəs hanı sənin hakimlərinin qətiyyəti? Dərhal şifahi xəbərdarlıq elə, mane olanlara sarı və qırmızı vərəqələri göstər, Samir Abasov demiş, rədd elə, getsinlər.

Hakimlər arasında sinxron əlaqə, bir-birilərini anında başa düşmə, dərhal qərarın verilməsi hara getdi, Stuxlik?

"İstirahət"ə çıxanda bunları izah eləmirsən özünəoxşamış yetirmələrinə? Milləti gic yerinə qoymusan, yoxsa özünü? Özünsən!

Elçin Məsiyev köməkçisiylə danışmırdı, barmağını qulağına aparıb, kiminləsə uzun-uzadı məsləhətləşirdi. A

FFA-nın icraçı viçe-prezidenti, baş katibi Elxan Məmmədov, PFL-n prezidenti Ramin Musayev, Fritz Stuxlikin özü, oyunun inspektoru - Kim idi telefonun o biri başındakı?

Həmin danışıq məşvərət və məsləhətləşmə idi. Oyunlarda VAR-sız VAR sistemindən yararlandız. Kimin, kimlərin xeyrinə, onu da özünüz hamıdan yaxşı bilirsiz.

"Tak çto", Stuxlik, yağlamağına yağla, amma artistlik eləmə. Nədir, zibildəsiz, yağsız ağır gedir proses?

Yaxşı ki, deməmisən, hakimlər üz-üzə düranda biri "nakaleni" olmalıdır. Axı öyrətməyi bacardığın yeganə "iş" budur

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti