Bakıda idman klubunun rəhbəri ilə tikinti şirkəti arasında qalmaqal yaşanır.
Sportinfo.az xəbər verir ki, tikinti şirkəti idmançının razılığı olmadan onun əmlakını dağıdıb.
Bir ildir davam edən problem nəticəsində idman klubuna ciddi ziyan dəyib. “Musavat TV”yə danışan narazı İlham Sərdarov deyir ki, rəsmi qurumlara etdiyi müraciətlərin bu günə qədər nəticəsi olmayıb.
Problemlə bağlı “Olympus Park” tikinti şirkəti ilə danışıqlar aparan deyir ki, indiyə qədər onu qane edən təklif yoxdur.

İlham Sərdarov (solda)
Ərazidə çəkiliş aparan zaman özünü şirkətin icraçı direktoru kimi təqdim edən Mehdi Bəbirov da məsələ ilə bağlı danışmaq istədiyini deyib.

Mehdi Bəbirov
Bu işin əsas narazılıq yaradan tərəfi İlham Sərdarova məxsus idman klubunun gecə saat 4-də və onun razılığı olmadan sökülməsi faktı ilə bağlıdır.
“Olympus Park” tikinti şirkətinin adı daha əvvəl də bu cür problemlərdə çəkilib. Yəni, vətəndaşın razılığı olmadan evlər sökülüb, kompensasiya ilə razılaşmayan vətəndaşlarla narazılıqlar yaranıb.
Şirkət vətəndaşların evinin, əmlakının qanunsuz olaraq sökülməsini tikinti qəzası kimi şərh edir. Mövzu ilə bağlı təqdim etdiyimiz videoreportajı izləyə bilərsiniz.




