“Əgər biz qurduqsa, onlar qurdbasanlar deyillər, çaqqallardır”

29 Aprel 2021 12:30 Problem 4 513
“Əgər biz qurduqsa, onlar qurdbasanlar deyillər, çaqqallardır”

“Əgər biz qurduqsa, onlar qurdbasanlar deyillər, çaqqallardır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Hakimiyyət” filminin rejissoru Mqer Mkrtçyana müsahibəsində ölkənin indiki hakimiyyətindən danışarkən deyib.

Mkrtçyan Sarkisyanın hazırkı Prezident Armen Sarkisyan haqqında fikirləri ilə də maraqlanıb.

“Hakimiyyət divarın üzərindəki kölgə kimidir və elə olur ki, balaca adamlar böyük kölgə salırlar", - Sarkisyan deyib.

S.Sarkisyan Baş nazir postundan 2018-ci il aprelin 23-də günlərlə davam edən etiraz aksiyalarından sonra istefa verib. Mayın 8-də etirazların lideri Nikol Paşinyan Baş nazir seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti