"indi görünən odur ki, bu, hələlik baş tutmayacaq”

22 Aprel 2021 15:40 Problem 456
"indi görünən odur ki, bu, hələlik baş tutmayacaq”

Avropa Super Liqasının vitse-prezidenti Andrea Anyelli açıqlama verib.

Sportinfo.az xəbər verir ki, BBC-yə danışan Anyelli, turnirin baş tutacağını düşünmədiyini deyib:

“Hələ də bu layihənin gözəlliyinə və futbol sisteminə fayda gətirəcəyinə əminəm. Bu turnir dünyanın ən yaxşısı ola bilərdi. Ancaq indi görünən odur ki, Avropa Super Liqası hələlik baş tutmayacaq”.

“Yuventus” klubunun prezidenti olan Anyelli Avropa Super Liqasının vitse-prezidenti idi. Anyellinin Turin klubundakı vəzifəsindən istefa verdiyi iddia olunur.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

Artıq İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti”, “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti