"Onları maraqlandıran başlıca məsələ ciblərindəki puldur"

19 Aprel 2021 22:40 Problem 644
"Onları maraqlandıran başlıca məsələ ciblərindəki puldur"

"UEFA və futbol dünyası xəsislik ideyasına tabe olan bir neçə Avropa klubunun irəli sürdüyü bu dəhşətli təklifə qarşı birləşdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqası ilə bağlı danışarkən deyib.

Funksionerin sözlərinə görə, hamı - futbol dünyası, hökumətlər və s. bu mənasız layihəyə qarşı birlik göstərir: "Superliqada iştirak edəcək futbolçular nə dünya, nə də Avropa çempionatlarında oynayacaq. Onlar milli komandaları təmsil edə bilməyəcəklər".

Çeferin bildirib ki, UEFA ümumi gəlirlərin 90 faizini futbola yenidən investisiya qoyaraq bölüşdürür: "Qitə futbol qurumu təkcə pul məsələsi deyil.

Superliqanın yaradılmasının yeganə məqsədi isə budur. Bu, bəzilərinin maraqlarına xidmət edir. Amma əsas prinsip dəyişdirilə bilməz: həmrəylik əbədidir. Bəzi insanlar üçün həmrəylik mövcud deyil.

Onları maraqlandıran başlıca məsələ ciblərindəki puldur. Bütün futbol ailəsinə, hətta həmin 12 klubdan başqa, hamısına təşəkkür edirəm.

Hökumətlərə də "sağ ol" deyirəm. Bu ideya futbolu sevənlərin üzünə tüpürməkdir. Futbolu əlimizdən almalarına icazə vermərik".

UEFA prezidenti həmçinin deyib ki, Superliqadakı klubların bu mövsüm Çempionlar Liqası və Avropa Liqasından avtomatik kənarlaşdırılmaları üçün məsləhətləşmələr aparılır.

İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib.

Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"