Azərbaycana qarşı təxribata əl atan erməniləri hansı cəza gözləyir?

2 Aprel 2021 16:00 Problem 1 541
Azərbaycana qarşı təxribata əl atan erməniləri hansı cəza gözləyir?

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asıldığını məlumat vermişdik.

Hadisədən çox keçməmiş AFFA bununla bağlı FİFA-ya müraciət ünvanlayacağını rəsmi olaraq açıqladı.

Görəsən, beynəlxalq qurum tərəfindən Ermənistan Futbol Federasiyasına nə kimi cəza verilə bilər? FİFA-da gözlənilən cavabı alınmasa, AFFA başqa hansı addımları atmağı düşünür?

Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abddula bütün bu suallara belə aydınlıq gətirib:

"Hüquqi şöbə məsələ ilə bağlı müraciəti artıq hazırlayıb və FİFA-ya göndərib. FİFA-nın 210 ölkəsi var.

Bir gün ərzində, təbii ki, bizə reaksiya verilməyəcək. Komissiya baxandan sonra AFFA-ya cavab veriləcək.

Bu, hüquqi prosesdir. Normal cavab verilməməsi böyük ölçüdə mümkün deyil. Yarışın əsasnaməsinə uyğun cavab verməyə borcludular".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti