"Düşünürəm ki, bu ölkənin futbolu həm də keyfiyyətli yerli oyunçuların performansı baxımından əziyyət çəkir".
Sportinfo.az xəbər verir ki, bu ffikirlər "Qarabağ"ın sabiq müdafiəçisi Ansi Aqolliyə məxsusdur.
Azərbaycan futbolunun durumuna münasibət bildirən albaniyalı burada istedadlı futbolçu qıtlığı yaşandığını söyləyib:
"Onlar Albaniya ilə eyni fürsətə sahib deyillər: yerli futbolçular, hətta Avropaya köçən alban ailələri yığmamız üçün əlavə fürsətdir. Çünki həmin uşaqlar Avropada böyüyür və futbol üçün yaxşı materiala çevrilirlər".

