"Qarabağda müharibənin qarşısını almaq olardı" -

31 Mart 2021 14:10 Problem 1 657
"Qarabağda müharibənin qarşısını almaq olardı" -

"Qarabağda müharibənin qarşısını almaq olardı".

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan RBK-ya müsahibəsində bildirib.

“Mənə elə gəlir ki, hərbi əməliyyatlar olmadan bu cür problemlərin həllinə həmişə yol tapmaq olardı”, - Sarkisyan deyib.

O xatırladıb ki, birinci müharibədən sonra münaqişənin həlli ilə məşğul olan təşkilat fəaliyyət göstərib, söhbət ATƏT-in Minsk qrupundan gedir. O, ünsiyyət, dialoq və s. üçün mexanizm təmin edirdi.

“Amma bizim tərəfimizdən baxsaq, söhbət səhvlərimizdən gedir - biz istədiklərimizə yenidən inandıq. Bizə elə gəldi ki, müharibə artıq bitib, məsələ artıq həll olunub. O isə heç də həll olunmamışdı”, - Prezident deyir.

O hesab edir ki, Ermənistan müəyyən addımlar atmalı idi – Qarabağda müdafiə qabiliyyətini gücləndirməli, daha müasir hərbi infrastruktur yaratmalı idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...