«Veteranların artıq səbri tükənib, belə çox getməz».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Yeni Nəsil Veteranlar Şurasının aparıcı üzvü Zaur Ramazanov deyib.
Millinin və «Xəzər Lənkəran»ın sabiq hücumçusu bildirib ki, artıq futbol veteraanların əhəmiyyətli hissəsi bir fikir ətrafında birləşib. Onların məqsədi bu idman sahəsində canlanma yaratmaqdır:
«Azərbaycanda futbol düzələnə kimi biz mübarizəmizi davam etdirəcəyik. Camaatın tənqidindən bezmişik. Dükan-bazara gedən bizik, sadə insanlarla qarşılaşan bizik.
Onlar bizləri harada görür, futboldakı vəziyyəti tənqid edir, səbəblərini bizdən soruşurlar. AFFA-da çalışanlar bu insanlardan qaçırlar, camaat içinə çıxmırlar.
AFFA-da dəyişiklik getməsə, Azərbaycanda futbol olmayacaq. Əslində, bunun vaxtı çoxdan çatıb.
Veteranlar artıq həfmkirdir. Hamısı yığışıb, AFFA-ya öz etirazını bidirəcək. Bu, davamlı hal alacaq».

