“Nikol Paşinyanın hakimiyyətdə qalması vətəndaş müharibəsi deməkdir və bu baş verəcək”.
Sportinfo.az xəbər verir ki, bu sözlərin müəllifi erməni politoloq Stepan Danielyandır.
Stepan Danielyan öz fikirlərini Facebook səhifəsində paylaşıb.
“Məsələ burasındadır ki, meyidin baş nazir olmaq perspektivi də qalmayıb. Ən azı ona görə ki, cəmiyyətin əhəmiyyətli hissəsi onu qəbul etmir. Bütün bunlar isə vətəndaş müharibəsinə aparır.
Məsələ həm də bu müddətin nə qədər uzanacağı və dövlətin dağılması prosesinin nə qədər çəkəcəyidir. Çünki onun iqtidarda olmasının mənası da bundan ibarətdir. Bu, artıq bir diversiyadır və qəribədir ki, hələ də bu cür bəsit şeyləri görməyən adamlar var”,-deyə o yazıb.

