Almaniya Federativ Respublikası kanslerinin ofisinin rəhbəri Helge Braun “COVİD-19”un sürətlə yayılması halında koronavirusun növbəti mutasiyasının hətta mövcud peyvəndlərə belə dayanıqlı olacağını bəyan edib.
Sportinfo.az xəbər verir ki, bu barədə o, “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə bildirib.
“O zaman bizim əlimiz-qolumuz bağlanacaq. Belə olan təqdirdə biz yeni peyvəndlər axtarmalı və işə yenidən başlamalı olacağıq”,-deyə o, bildirib.
Helge Braunun sözlərinə görə, Almaniya hazırda pandemiyanın ən təhlükəli fazasını yaşayır. Bu mərhələ isə əvvəlkilərdən daha bərbad nəticələri özi ilə bərabər gətirəcək.
Almaniya rəsmisi bundan sonra yalnız əllərində neqativ test nəticəsini göstərən arayışı olanların ölkəsinə gələ biləcəyini söyləyib.
Qeyd etmək lazımdır ki, Almaniyada karantin müddəti bu ilin aprel ayını 18-nə qədər uzadılıb. Bu müddət ərzində AFR-də 2,7 milyon yoluxma halı qeydə alınıb, 75,8 min insan koronavirusdan dünyasını dəyişib.

