Azarkeşlərdən sərt etiraz - "Erməniyə qardaş deyən mənim millimdə oynaya bilməz"

28 Mart 2021 19:20 Problem 1 526
Azarkeşlərdən sərt etiraz -

Portuqaliya ilə oyundan sonra millimizin milliləşən üzvü Aleksey İsayevin erməni dostundan aldığı təbriki sosial şəbəkədə "Sağ ol, qardaşım" başlığı ilə paylaşması geniş müzakirələrə yol açmış oldu. Mütəxəssislər, sabiq milli üzvləri, media əhli İsayevin bu addımını haqlı olaraq qınadılar. Görəsən, azarkeşlərin başverənlərə münasibəti necədir?

Sportinfo.az-a danışan azarkeşlər bunları deyiblər.

Cavad Şərifli ("Red Black Army" azarkeş qrupunun rəhbəri): "Bu çox utancverici bir hadisədir. İllərdi Azərbaycan futbolunu sevən hər kəsin istəyi o olub ki, millimizdə oyunu ilə layiq olan əsl azərbaycanlı uşaqlar oynamalıdır. Günah onda yox, onu milliyə gətirənlərdədir. Millidə oynamaq bəzilərinin arzusu, xəyalıdır. Bəziləri isə çıxıb oyunları yola verib, mükafatını alır. İsayev dünyanın ən yaxşı futbolçusu olsaydı belə onu daha millidə görmək istəmirik. İllərdi bizə zülm verən erməni millətindən olan birinə qardaş deyən mənim millimdə oynaya bilməz. O formanın üzərindəki bayrağımız şəhidlərimizin qanı ilə yuyulub və göylərə ucaldılıb".

Elnur Quliyev( "İmarət" azarkeş qrupunun idarə heyətinin üzvü): "Ümumiyyətlə, biz çox hümanist davranırıq. Bəzi məsələlərdə bu yaxşıdır. Amma milli məsələdə düşünürəm ki, bu yaxşı deyil. Çünki milli məsələdə haqqı tələbə eləməyədə, düşünəcəklər ki, bu xalqa nə eləsən götürəcəkdir. Buna baxıb digər futbolçu və ya bir başqa idmançı da bu hərəkəti eləyəcək. Məncə, millidə Rəşad Sadıqov kimi liderin yeri görsənir. Elə bir lider lazımdır ki, İsayevə belə olmaz deyə başa salsın. Hüququ cəhətdən bunun hansısa cəza mexanizmi olub-olmamasını bilmirəm. Amma milli məsələdisə onun hüquqla necə qarşılanması önəmli deyil. İnsanlar tərəfindən təhqirə yol vermədən, həmin adamlar linç edilməlidir. Həm də yüksək səviyyədə. Digər insanlara da görk olsun. Türklər belə məsələdə çox ustadılar. Belə səhvə yol verənləri kafedə, sosial şəbəkədə, bir sözlə, hər yerdə linç edirlər. Milli məsələdə kim bizə qarşı laqeyddisə o mütləq cavabın almalıdır".

Atanur Cəfərli (Azərbaycan azarkeşlər birliyinin rəhbəri): "Mən bu məsələdə Alekseydə heç bir günah görmürəm. O, istədiyinə qardaş deyə bilər. Günah onu milliləşdirən federasiyadadır. Ümumiyyətlə, federasiya işini düzgün qursaydı, indi özümüzdə Alekseydən də güclü futbolçular yetişərdi və Azərbaycanlı olmayan birini milliləşdirməyə ehtiyac qalmazdı. Azərbaycan tolerant ölkədi. Burda istənilən millətdən olan futbolçu ola bilər. Məsələn, Maksim Medvedev kimi. Milliyəti rus olsa da millimizin kapitanıdır. Azərbaycanda böyüyüb, ölkəmizin adət-ənənələrini bilir, atributlarımıza hörmətlə yanaşır, himnimizi oxuyur. Aleksey İsayevi isə ölkəmizə puldan başqa heç nə bağlamır. Ona görə də belə hallar baş verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti