Ronaldonun qolunu saymadı, sonra da gəlib üzr istədi - FOTO

28 Mart 2021 18:20 Problem 1 230
Ronaldonun qolunu saymadı, sonra da gəlib üzr istədi - FOTO

Niderlandlı baş hakim Danni Makkeli Serbiya ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliyanın qolunu saymadığı üçün üzr istəyib.

bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib.

Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".

Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb.

Qonaqların kapitanı Kriştiano Ronaldo matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə qol vursa da, hakim bunu qeydə almayıb.

Onun zərbəsindən sonra serbiyalı müdafiəçi topu qapı xəttinin içərisindən çıxarıb. Ronaldo və komanda yoldaşları topun qapı xəttini keçdiyini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli qərarını dəyişməyib.

Bu qərardan qəzəblənən Ronaldo hakimə sərt şəkildə etiraz edib və buna görə də sarı vərəqə ilə cəzalandırılıb. 36 yaşlı futbolçu bundan sonra kapitan sarğısını yerə çırpıb və final fitindən əvvəl meydanı tərk edib.

Ronaldonun təmiz qolu sayılmadı, hirsindən bu hərəkəti etdi - FOTOLAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti