DÇ-2022-nin seçmə mərhələsində G qrupunda yer alan Norveç millisi insan hüquqları üçün etirazlarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, yığma bu dəfə DÇ-2022-yə ev sahibliyi edəcək Qətərə etiraz edib.
Norveçli futbolçular 2-ci turda hazırda davam edən Türkiyə ilə oyuna önündə "İnsan hüquqları - meydanın içində və xaricində. Norveç, Almaniya. Növbəti?" yazan formalar geyiniblər.
Oyunçular bununla da Qətərdəki stadionların inşasında çalışan işçilərin iş şərtləri və ölümlərinə etiraz ediblər.
Bundan əvvəl Almaniya DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda İslandiya ilə görüşdə Qətərə etiraz etmək üçün "insan hüquqları" yazılı forma geyinmişdi.

