Avtobuslardakı və yollardakı sıxlıq - Yoluxmanı artıran əsas səbəb

22 Mart 2021 10:50 Problem 1 220
Avtobuslardakı və yollardakı sıxlıq - Yoluxmanı artıran əsas səbəb

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə də artan xətt üzrə dəyişir.

Ölkədə hətta Britaniya ştammının tapıldığı da açıqlanıb.

Mütəxəssislər bildirirlər ki, yoluxuculuq qabiliyyəti yüksək olan Britaniya ştammı yayılarsa, ölkədə yoluxma sayı xeyli artacaq.

Ekspertlər, mütəxəssislər hesab edirlər ki, Bakıda yoluxmanın əsas yeri ictimai nəqliyyatdır. Metro işləmədiyi üçün avtobuslarda sıxlığın olduğu hər kəsə məlumdur.

Məsələ ilə bağlı həkim Turanə Rəsulova da deyib ki, ölkədə yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdakı sıxlıqdır. Lakin onun fikrincə, avtobuslarda sıxlığın azaldılmasına çarə kimi metronun açılması yoluxma sayını daha da artırar: “Metro qapalı məkan olduğu üçün orada hava dəyişmir və virusun geniş yayılması üçün şərait yaranır.

Turanə Rəsulova: "Xəstəliklə bağlı 2 vaksin sınağa buraxılacaq" (VİDEO)

Turanə Rəsulova

Metroda yoluxma baş verərsə, onun qarşısını almaq mümkün olmaz. Avtobuslarda isə koronavirusa yoluxma ehtimalını azaltmaq üçün Türkiyədə olduğu kimi, Azərbaycanda da sərnişinlərin ayaq üstə, yəni oturacaqların sayından çox sərnişin daşınması qadağan edilməlidir. Bundan başqa, avtobus sayı artırılmalı və alternativ çıxış yolları barədə düşünülməlidir. Sıxlıq olan avtobusda bir nəfərin xəstə olması kifayət edir ki, 15 dəqiqədə bütün sərnişinlər yoluxsun”.

Bu cür açıqlamalar verilsə də, məsələ müzakirəyə çıxarılsa da, Bakıda avtobuslardakı sıxlıq indi də davam edir.

Bizimkilər - Mais Ağayev:

Mais Ağayev

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirib ki, onlar hər gün xəttə normadan da artıq sayda avtobus buraxırlar: “Lakin yollarda tıxac olması səbəbindən avtobuslar dayanacaqlara vaxtında çata bilmirlər. Doğrudur, avtobusları xəttə artıq buraxmaq çıxış yolu olmasa da, biz bunu da edirik. Pik saatlarda yollarda sıxlıq olur, avtobusların intervalı gecikir. Yolda sıxlıq varsa, avtobusun da normal hərəkəti mümkün olmur”.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, bu gün Bakıda təxminən 2100 avtobus var: “Lakin metro işləməyən zaman aparılan araşdırma zamanı məlum olur ki, Bakıya 2500-2600 avtobus lazımdır. İndi metro da işləmir və paytaxtda gündəlik 2 milyona yaxın sərnişin hərəkət edir. Metro gündəlik 1 milyon yarımdan çox sərnişin daşıya bilirdi. İndi metro işləmir, pandemiyadan qabaq öz yükünü çəkə bilməyən avtobuslar indi normadan da artıq yüklənib və problem yaranıb”.

Afaq Bəşirqızı və küçə uşaqları... ELMƏDDIN MURADLI YAZIR

Elməddin Muradlı

Elməddin Muradlı bildirib ki, Tağı Əhmədovun dövründə lazımi havalandırma sistemi qurulmayıb və bu gün də onun əziyyətini çəkirik: “Metroda 5 vaqon 10-15 avtobusun yükü deməkdir. Üstəlik, metroda səfər müddəti daha qısa olur. Məsələn, ”İçərişəhər" metrosunun qarışısından avtobusa minib, “Koroğlu” stansiyasına qədər getmək istəsəniz, 1 saat vaxtınız gedəcək. Ancaq metro ilə bu, 20 dəqiqədir. İndi avtobusda sıxlıq şəraitində 1 saat yol getmək risklidir, yoxsa metroda qısa zaman ərzində getmək? Bunu hər kəs yaxşı bilir. Sıxlıq olan şəhərdə avtobusların sayını artırmaq da çıxış yolu deyil. Sıxlıq varsa, əlavə gələn avtobuslar nə edəsidir? Onsuz da sıxlıqdır və intervalda gecikmə var. Ona görə də metronun açılmasına getmək olardı".

Əli RAİS

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti