Prezidentin köməkçisi vaksin çatışmazlığı ilə bağlı sualı cavabladı

19 Mart 2021 16:50 Problem 1 312
Prezidentin köməkçisi vaksin çatışmazlığı ilə bağlı sualı cavabladı

Sportinfo.az xəbər verir ki, Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında ölkədə vaksin çatışmazlığı ilə bağlı məlumatlara aydınlıq gətirib.

O bildirib ki, hazırda vaksinlərin Azərbaycana gətirilməsi davam edir:

“Vaksin çatışmazlığı bizdən asılı olmayan səbəblərdəndir. Bu gün Azərbaycan qrafik əsasında “CoronaVac” vaksinini alır. İndiyə qədər 1 milyona yaxın vaksin gətirilib”.

Xatırladaq ki, bir neçə gün öncə Masallı sakinləri “Qafqazinfo”ya müraciət edərək rayon Mərkəzi Xəstəxanasının “COVID-19” əleyhinə birinci doza vaksin olunmaq üçün müraciət edənləri əliboş qaytardığını bildirmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti