Koronavirusa qarşı ikinci doza vurulmasa, nə olar? -

18 Mart 2021 22:30 Problem 553
Koronavirusa qarşı ikinci doza vurulmasa, nə olar? -

"Vətəndaş ikinci dozanı vurdurmarsa, birinici dozanın əhəmiyyəti itəcək".

Sportinfo.az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:

“İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq".

T. Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: "Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zamanda yenidən birinci doza vurulmalıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti