Virusa yoluxmamaq üçün özünüzü bu insanlardan qoruyun

18 Mart 2021 18:50 Problem 1 336
Virusa yoluxmamaq üçün özünüzü bu insanlardan qoruyun

Uşaq və yeniyetmələr üçün COVİD virusu elə də təhlükəli virus deyil. Onlar xəstəliyi yüngül keçirdirlər və fəsadları da azdır.

Sportinfo.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bunun bir tərəfi yaxşıdır ki, uşaq və yeniyetmələr virusu siptomsuz keçirir, ancaq onlar virus mənbəyinə çevrilirlər və təmasda olduqları istənilən şəxsi yoluxdururlar:

“Bu baxımdan uşaq və yeniyetmələri daha çox qorumaq lazımdır. Başqa şəxslərdə əlamətlər olur və ona görə özünü qoruyursan, amma uşaq və yeniyetmələrdə bu əlamətlər olmadığına görə özünü qoruya bilmirsən”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti