PROBLEMLƏR: İntiharlar, bağlı qalan idman zalları - ÇIXIŞ YOLLARI: VİDEO

14 Mart 2021 17:00 Problem 1 371
PROBLEMLƏR: İntiharlar, bağlı qalan idman zalları - ÇIXIŞ YOLLARI: VİDEO

Pandemiya səbəbindən bütün dünyada ən çox zərər görən sahələrdən biri də idmandır.

Lakin əksər ölkələrdə, ən əsası da virusun yayıldığı Çində idman zalları açıldığı halda Azərbaycanda bu qadağa hələ də qüvvədə qalır.

Sportinfo.az xəbər verir ki, Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti, baş məşqçi Asəf Məlikov Musavat TV-yə müsahibəsində zalların bağlı olması səbəbindən yaranan problemlərdən danışıb.

I Qarabağ müharibəsinin iştirakçısı, keçmiş zabit Asəf Məlikov hazırda ən həssas problemlərdən biri olan qazilərə dəstəkdən də kənarda qaldıqlarını deyir.

I Qarabağ müharibəsi qazisi Qalib Əliyev də zalların açılmasının vacibliyinə diqqət çəkir.

2 ildən çoxdur qılıncoynatma idman növü ilə məşğul olan Abdulbaği Abdullayev 2011-ci ildə tikintidə çalışan zaman xəsarət alıb. İndi zalların bağlı olması onun bu məşğuliyyətini əlindən alıb.

Asəf Məlikov son günlər ölkədə intihar hallarının artmasının səbəbləri sırasında idman zallarının bağlı olmasını görür. Qeyd edir ki, gənclər asudə vaxtlarını səmərəli keçirmək üçün məşğuliyyət tapmaqda çətinlik çəkirlər.

Həmsöhbətimiz Asəf Məlikov ölkədə əlil uşaqların cəmiyyətə qazanılmasına mane olan problemlərin hələ də mövcud olduğunu, bu problemlərin həlli istiqamətində lazımi addımların atılmadığını deyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti