COP29

AFFA-dan I və II Liqa klublarına "QARA XƏBƏR"

11 İyun 11:40 Problem 2 208
AFFA-dan I və II Liqa klublarına "QARA XƏBƏR"

I və II Liqa mənsubları AFFA-dan üzücü xəbər alıb.

Ölkə çempionatının aşağı liqalarında mübarizə aparacaq klublar onlara vəd olunan maliyyə artımını almayacaq.

Federasiya gələn mövsüm bu yarışlarda qüvvəsini sınaycaq iştirakçılara bununla bağlı xəbərdarlıq edib. Bildirilib ki, yardım paketinin ümumi həcminə əlavələrin edilməsi barədə qərar ən azı 1 illik ertələnib.

Söhbət mövsümlük 300 min manatlıq dotasiyadan gedir. I Liqa komandaları bu məbləğin 450 min manatadək artırılacağını gözləyirdi.

II Liqa təmsilçiləri isə başa çatan mövsümdə 50 min manat alıb. Onlar da yardımın miqdarının 120-150 min manat civarında olacağını düşünürdü.

Ertələnmə qərarı birbaşa maliyyə çatışmazlığı ilə bağlıdır. Bu problem Premyer Liqa klublarından da yan ötməyib.

Elita təmsilçilərinin ötən 2 ildə olduğu kimi, növbəti mövsümdə də 3 milyon manat dotasiya alacağı dəqiqləşib..

Halbuki son günlərə kimi 4 milyon manatlıq yardım paketindən danışılırdı. Liqa iştirakçılarının rəsmiləri ilə görüşlərdə də onlara bir neçə dəfə şifahi şəkildə bu barədə xəbər çatdırılmışdı.

Federasiyanın 2024-cü ilə aid büdcəsi də azaldıla bilər. Aparılan audit yoxlamasının nəticələri Rövşən Nəcəfdə narahatlıq yaradıb.

Aprelin 2-də AFFA-nın prezidenti seçilmiş xərclərin çoxluğu R.Nəcəfi heyərtləndirib. O, federasiya rəsmiləri ilə görüşündə «büdcəyə maksimum dərəcədə ehtiyatla yanaşın, qənaət edin» göstərişi verib.

Nəcəf bildirib ki, hər layihəyə vəsait ayırmağa gərək yoxdur, əksinə, AFFA-nın normal fəaliyyət göstərməsi üçün yeni sponsorlar tapmaq və onlarla uzunmüddətli tərəfdaşlıq etmək lazımdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti