Premyer Liqada aprel ayının ən yaxşı qolunu izləyin - VİDEO

11 May 2024 08:30 Premyerliqa 850
Premyer Liqada aprel ayının ən yaxşı qolunu izləyin - VİDEO

Premyer Liqada “Ayın qolu” layihəsi çərçivəsində aprel ayının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, "Kəpəz"in futbolçusu Mate Kvirkviyadır.

Onun 30-cu turda "Səbail"a qarşı matçda (3:3) vurduğu qol ən yaxşı seçilib.

Oyunçu səsvermədə , Yassin Benzia ("Qaraba]"), Belajdi Pusi ("Turan Tovuz"), Elmir Tağıyev ("Kəpəz") və Səbuhi Abdullazadənin ("Sumqayıt") qabaqlayıb.

M. Kvirkviyaya 34-cü turda “Neftçi– “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub.

Ona mükafatları "Neftçi Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM