UEFA "Qarabağ"dan başqa bütün klublara 15 min ödədi

19 May 2020 17:10 Premyerliqa 907
UEFA "Qarabağ"dan başqa bütün klublara 15 min ödədi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramını əhatə edib.

Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb. Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb.

“Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

"Neftçi" - 15 446.42 avro

"Səbail" - 15 446.42 avro

"Qəbələ" - 15 446.42 avro

"Zirə" - 15 446.42 avro

"Sumqayıt" - 15 446.42 avro

"Sabah" - 15 446.42 avro

"Keşlə" - 15 446.42 avro

Xəbər Lenti