
FİFA yay "transfer pəncərəsi"nin vaxtının dəyişdirilməsi ilə bağlı məsələni müzakirə edir.
Sportinfo,az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Ali futbol qurumunun bu addımı koronavirus pandemiyasına görə Azərbaycan da daxil, bir çox ölkədə çempionatların dayandırılması ilə bağlıdır.
Yerli liqaların iyunun sonlarına qədər davam edəcəyini nəzərə alan FİFA hesab edir ki, klublara əlavə vaxt vermək lazımdır. Müzakirə olunacaq məsələlər sırasına futbolçularla imzalanmış icarə müqavilələri də daxildir.
Qurumun mürəkkəb vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar axtardığı bildirilib.
Sözsüz, bu vəziyyət Azərbaycan klublarını da çox ciddi maraqlandırır və narahat edir. Necə də olmasa, Premyer Liqa təmsilçilərinin əksər futbolçularla müqavilə müddəti iyunun 1-də başa çatır.
Yarışma aprelin 14-dək dayandırılıb, lakin ola bilər ki, bu müddət bir qədər də artırılsın. Hər halda elitanın hərəkətə gəlməsçi pandemiyanın nə qədər davam edib-etməməsindən asılıdır.