"Qarabağ"dan inamlı, "Səbail"dən çətin qələbə YENİLƏNİB

31 Yanvar 2023 20:28 Premyerliqa 2 358
"Qarabağ"dan inamlı, "Səbail"dən çətin qələbə YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında lider 53 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 16 xalla 7-ci pillədə gedən "Şamaxı"nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 72 dəfə üz-üzə gəlib.

Bunların 35-i Ağdam təmsilçisinin, 13-ü isə bölgə klubunun xeyrinə başa çatıb. 24 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 103:43.

"Qarabağ" 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur. Son üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb.

Günün son qarşılaşmasında isə "Kəpəz" "Səbail"in qonağı olacaq. Bu görüşü autsayderlərin dueli kimi də qiymətləndirmək olar.

Hazırda Gəncə təmsilçisi 13 xalla 9-cu, Bakı klubu isə 10 xalla sonuncudur.

İki kollektiv bunadək Premyer Liqada 6 dəfə qarşılaşıb. 3 oyunda "dənizçilər", 2 matçda "sarı-göylər" qələbə qazanıb.

Bir qarşılaşma heç-heçə ilə yekunlaşıb. "Səbail"in 10 qoluna "Kəpəz" 9 topla cavab verib.

Son iki oyunda böyük hesab qeydə alınıb. “Kəpəz” son 5 matçda, “Səbail” isə bütün ev görüşlərində qol vurub.

Açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

31 yanvar (çərşənbə axşamı)

16:00. “Qarabağ” – “Şamaxı” 3:1

Qollar: Musa Qurbanlı, 22, Qara Qarayev, 46, Leandro Andrade, 63 - Bahadur Həziye, 81
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena".

“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli

18:30. “Səbail” – “Kəpəz” 1:0

Qollar: Franko Mazurek, 76
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov
Baş məşqçi: Şahin Diniyev
“Kəpəz”: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"