“Neftçi”nin ittifaqa səs salan vaxtları var idi… VİDEO

1 Dekabr 2020 14:20 Neftçi 626
“Neftçi”nin ittifaqa səs salan vaxtları var idi… VİDEO

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin SSRİ çempionatının bürünc medalını qazandığı gündən 54 il keçir…

1966-cı ilin aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır.

Avqust ayına qədər komandanın rəisi və baş məşqçisi vəzifəsini tutan Vasili Sokolov postundan ayrılmağa məcbur olur. Ondan sonra baş məşqçi vəzifəsini Əhməd Ələsgərov üzərinə götürür, rəis isə hazırda adı Qusar şəhərindəki stadionda əbədiləşdirilən Şövkət Orduxanov təyin edilir.

“Bürünc” “Neftçi”nin formasını həmin mövsüm bu futbolçular geyinirdi: Sergey Kramarenko, Vyaçeslav Şexov, Zahid Hüseynov, Vladimir Bruxti, Yaşar Babayev, Adil Babayev, Ravil Cəlilov, Arif Rzayev, Aleksandr Trofimov, Anatoli Qryazev, Nikolay Boqdanov, Nizami Salahov, Valeri Fedortsov, Yuri Stekolnikov, Kazbek Tuayev, Valeri Hacıyev, Eduard Markarov, Mübariz Zeynalov, Sergey Melkumov, Yuri Melkumov, Anatoli Banişevski, Anatoli Oqerçuk, Nadir Eynullayev, Vyaçeslav Lyoqki.

İlk 8 turu məğlubiyyətsiz başa vuran komanda bu göstəriciyə görə 4 iştirakçıdan biri idi. Lakin Leninqrad, Daşkənd, Alma-ata, Tbilisi və İrəvandan xalsız dönən bakılılar turnir cədvəlində vəziyyətini xeyli pisləşdirir.

Bundan sonra Sokolova inam da tükənir və 16-cı turdan sonra onu köməkçisi Əhməd Ələsgərov əvəzləyir. Birinci dövrəni 7-ci pillədə bitirən “Neftçi” fasilədən sonra özünə gəlməyi, itirilən xalların əvəzini çıxmağı bacarır.

Və həmin tarixi gün “Neftyanik” “Spartak” üzərində 3:0 hesablı qələbə qazanmaqla bürünc medallara sahib çıxır. 1966-cı ilin noyabr ayının 30-da keçirilən qarşılaşmanın 18 və 21-ci dəqiqələrində Banişevski, 60-cı dəqiqəsində isə Markarov Moskva klubunu məyus edir.

Məşqçilər korpusu bu qarşılaşmada Kramarenko, Boqdanov, Bruxti, Babayev, Trofimov, Semiqlazov, Tuayev, Qryazev, Banişevski, Markarov və Hacıyevdən ibarət heyəti meydana buraxmışdı.

Mövsüm ərzində “Neftçi”nin rəqib qapılarına vurduğu qolların 14-də Tuayevin imzası var idi. Tez-tez SSRİ yığmasının heyətinə çağrılan Markarovla Banişevski isə hərəyə 12 qolun müəllifi idi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!