"Neftçi” ilə köhnə-yeni sponsoru arasında ANLAŞMANIN MALİYYƏ TƏRƏFİ

25 Oktyabr 11:40 Neftçi 502
"Neftçi” ilə köhnə-yeni sponsoru arasında ANLAŞMANIN MALİYYƏ TƏRƏFİ

Bir müddət əvvəl məlum oldu ki, "Neftçi” ilə "Türk Hava Yolları” arasında brend əməkdaşlıq müqaviləsi davam etdiriləcək.

2 ildir paytaxt komandasına dəstək verən aviaşirkət bundan sonra da "Neftçi”nin yanında olacaq. İmzalanmış yeni müqavilə 2021-ci ilin avqust ayına qədər qüvvədə olacaq.

Razılaşmaya əsasən, "Türk Hava Yolları” "Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası "Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq.

"Neftçi” 2018-ci ildən ona maddi və mənəvi cəhətdən öz dəstəyini verən THY ilə yeni anlaşmasının şərtlərini açıqlamayıb.

Redaksiyamızda olan məlumata görə, Türkiyə brendi ilk 2 ildən fərqli olaraq, bundan sonra qarşı tərəfə iki dəfə az məbləğ ödəyəcək. Maliyyə kütləsinin bu şəkildə azaldılması şirkətin koronavirus pandemiyası səbəbindən ciddi zərərə uğramasıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti
27 Noyabr 22:20 Niyə AFFA yox, "Qarabağ"?