Fatih Terim: "Hayduk" "Neftçi"dən yaxşı komandadır"

21 Sentyabr 2020 16:28 Neftçi 1 141
Fatih Terim: "Hayduk" "Neftçi"dən yaxşı komandadır"

Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion "Başakşehir"lə "Qalatasaray" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, matç "sarı-qırmızılar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 14-cü dəqiqədə Radamel Falkao, 76-cı dəqiqədə isə Yunes Belhanda vurub. Bununla da "Cim-Bom" 6 matçlıq fasilədən sonra çempionatda qalib gəlməyi bacarıb.

Bu qələbə sayəsində "Qalatasaray" xallarını 6-ya yüksəldib. İkinci matçından da məğlubiyyətlə ayrılan "Başakşehir" isə son pillələrdə qalıb.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim bu görüşdən sonra "Neftçi" haqda danışıb. "İmperator" Bakıda 3:1 hesabıyla qazandıqları matçın onları daha da motivasiya etdiyini bildirib: "

Təqvim çox sıxdır. İki-üç gündən bir meydana çıxırıq. Komandamın sərgilədiyi oyun məni məmnun edir. Har halda ekrandan bizi izləyən azarkeşlərin göstərdiyimiz futboldan razı qaldığını düşünürəm.

Tədricən daha yaxşı komanda olacağıq. Özünüz baxın ki, qısa müddətdə hansı vəziyyətdən bura gəlmişik. Ötən sezonun son bölümü bizim üçün çox pis keçdi.

İndi isə yavaş-yavaş sürət götürürük. Avropa Liqasında irəliləmək məqsədimizdir. Bakıdan 3:1-lə döndük. Üçüncü mərhələdə rəqibimiz "Hayduk"dur.

Xorvatiya klubunun son matçlarını izləmişəm. "Neftçi"dən yaxşı komandadır. Ciddi hazırlaşmalıyıq. "Qaziantep"i məğlub etdik, bu həftə isə "Neftçi" və "Başakşehir"ə qalib gəldik. Qələbə seriyasının davamını "Hayduk"la qarşılaşmada gətirmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"