"NEFTÇİ": "Bəzi nüanslar var, buna görə transfer alınmır"

6 Avqust 2020 10:10 Neftçi 1 111
"NEFTÇİ": "Bəzi nüanslar var, buna görə transfer alınmır"

«Axtarışlar davam edir, danışıq apardığımız oyunçular var».

Sportinfo.az xəbər verir ki, bu açqlama «Neftçi»nin baş məşqçisi Füzuli Məmmədova məxsusdur.

O, son transfer çalşmaları barədə məlumat verib: «Bəzən müəyyən şərtlərdə razılışa bilmirik, bəzən özləri gəlmək istəmirlər. Bir məsələ var ki, həmin futbolçu Qəbələ toplanışında iştirak edə bilmirsə, onun komandaya uyğunlaşması, forma yığması üçün vaxtı çox az olur.

Düzdür, vaxt çox azdır. Danışıq apardığımız futbolçular var idi. Düşünürdük ki, Qəbələ toplanışında komandaya qoşulacaqlar. Amma bəzi nüanslar var ki, buna görə transfer alınmır.

Bizim üçün çətindir. Bəzi ölkələrdə çempionatlar davam edir. Danışıq apardığımız bəzi futbolçular həmin liqalarda oynayırlar.

Elə hücumçu gətirməyə çalışırıq ki, ona çox vaxt sərf etməyək. Yalnız bir hücumçu yox, başqa mövqeyə də - yarımmüdafiənin mərkəzinə oyunçu axtarırıq. Amma əsas hücumçudur».

Digər Xəbərlər
Xəbər Lenti