"Neftçi"dən heç kimin gözləmədiyi TRANSFER İŞİ – Hamı bir-birinə dəyəcək!

26 Fevral 2020 16:24 Neftçi 2 645
"Neftçi"dən heç kimin gözləmədiyi TRANSFER İŞİ – Hamı bir-birinə dəyəcək!

«Neftçi» sürpriz transfer əməliyyatına start verib.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, dəvət göndərilən futbolçu Sezar Meza Kollidir.

AFFA-nın milliləşdirmək istədiyi paraqvaylı yarımmüdafiəçi hazırda «Keşlə»nin formasını geyinir. Sabiq «bankirlər» cənubi amerikalını mövsümün əvvəlində Rumıniya klubundan - “Universitatya”dan icarəyə götürüb.

Onun «Keşlə» ilə sözləşməsi iyunun 1-də başa çatacaq. «Neftçi» Sezarı sıralarına qatmaq üçün artıq Krayova təmsilçisi ilə danışıqlara başlayıb.

29 yaşlı paraqvaylının da ağ-qara forma geyinmək istəyi var. Hər halda «Neftçi» ona «Keşlə»dən daha yüksək müqavilə şərtləri təklif edib. Sezarın «Keşlə»də ayına 12 min dollar qazanması barədə mətbuatda xəbərlər var.

O, «Neftçi»yə keçsə, bu, transferin nə böyük səs-küy doğuracağını təsəvvür etmək olar. «Ağ-qaralar» yaxınlarda Vojislav Stankoviçi milliləşdirmək üçün AFFA-nı köməyə çağırsa da, rədd cavabı almışdı.

Federasiya «Keşlə»nin işinə yarısa da, 7 ildir Azərbaycanda çıxış edən serbiyalı müdafiəçinin yerli status almasına maraq göstərməmişdi.

Və indi… «Keşlə» lideri ilə vidalaşmaq təhlükəsi ilə üz-üzədir. Hansı ki, Sezarın milliləşdirilməsinin üstündə həm klub, həm də AFFA ictimaiyyətin ciddi və haqlı tənqidləriylə qarşılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti