“Sumqayıt”a pul buraxsalar, “Neftçi”dən də yaxşı komanda olar”

13 May 2020 20:20 Neftçi 1 234
“Sumqayıt”a pul buraxsalar, “Neftçi”dən də yaxşı komanda olar”

“Qarabağ”ın azarkeşi olsam da, “Neftçi”nin oyunlarına həmişə həvəslə baxıram, azarkeşlik edirəm. Çünki “Neftçi” hamımızın sevimlisi olub, nostalji hisslər var. Bu komanda ilə yatıb-durmuşuq”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Milli Məclisin deputatı və Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbas deyib.

Azərbaycanın əməkdar jurnalisti olan 67 yaşlı deputat “Neftçi”nin hazırkı durumu barədə danışıb. O, paytaxt təmsilçisinin sabiq SSRİ dönəmində daha güclü olmasının səbəbini açıqlayıb:

“Neftçi” 1937-ci ildə yaradılıb, sovet hökuməti dönəmində Azərbaycanın klub yox, milli komandası olub. Gəncə “Dinamo”su da, Sumqayıt “Xəzər”i də, “Qarabağ” da ona işləyirdi. Ümumiyyətlə, bütün komandalar, ölkə futbol ictimaiyyəti “Neftçi”yə işləyirdi. “Neftçi” həmin vaxt Azərbaycan millisi idi”.

Aqil Abbas hazırkı dövrdə “Qarabağ”ı Azərbaycanın bir nömrəli klubu hesab edir: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ı deyil. Ölkəmiz müstəqillik qazandıqdan sonra “Neftçi” adi klublardan birinə çevrildi, elə ortalıqda da qalıb.

Bu gün “flaqman” “Qarabağ”dır. Sabah bu, bəlkə “Sumqayıt” olacaq. Amma indiki duruma əsasən demək olar ki, “Neftçi” hələ uzun müddət “Qarabağ”ın kölgəsində qalacaq. Hətta deyərdim ki, “Sumqayıt”a pul buraxsalar, “Neftçi”dən də yaxşı komanda olar”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”