"Neftçi" bu dəfə Kiyev "Dinamo"suna uduzdu

20 Yanvar 2020 19:53 Neftçi 1 637
"Neftçi" bu dəfə Kiyev "Dinamo"suna uduzdu

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bu gün daha bir yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşıb.

İlk yoxlama görüşündə “LKS Lodz”a 0:4 hesabı ilə məğlub olan təmsilçimiz bu görüşdə daha yaxşı oyun ortaya qoymağa çalışıb. Roberto Bordinin komandadan ayrılmasından sonra ilk oyununa çıxan “Neftçi” Füzuli Məmmədovun rəhbərliyi altındakı ilk sınağından məğlub ayrılıb.

“Neftçi” – “Dinamo” (Kiyev) 1:2
Qol: Vangelis Platellas, 69.

Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 77. Donald Gerye, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 27. Nabi Silla, 33. Turan Vəlizadə, 36. Mamadu Kane, 40. Vüqar Həsənov, 55. İbrahim Əliyev, 56. Elton Əlibəyli, 74. Nazim Bağırov, 75. Nihad Qurbanlı, 80. İsmayıl Zülfüqarlı.

Digər Xəbərlər
Xəbər Lenti