“Neftçi” çempiona görə fərqli plan qurdu - Vernidub belə istədi

27 Sentyabr 19:25 Neftçi 2 490
“Neftçi” çempiona görə fərqli plan qurdu - Vernidub belə istədi

“Neftçi” Misli Premyer Liqasında növbəti matçını oktyabrın 9-da “Sabah”a qarşı keçirəcək.

“Palms Sports Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.

Yuri Vernidub son çempionla qarşılaşmaya fərqli hazırlıq planı qurub. Baş məşqçi sərəncamındakı futboçluları təlim-məşq toplanışına cəlb edib.

Məşqlər “Palms Sports” Futbol Mərkəzində təşkil olunur.

Ukraynlı çalışdırıcı onları gündə iki dəfə meydana çıxarır. Vernidub səhərlər fiziki, axşamlar isə taktiki-texniki çalışmalara diqqət yetirir.

“Neftçi“ 6 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. “Ağ-qaralar“ 5 qələbə, 1 məğlubiyyətlə zirvədə yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM