Millidə bu cür qol vurur, gör, “Neftçi”də nələr edəcək! - VİDEO

27 Sentyabr 18:35 Neftçi 2 439
Millidə bu cür qol vurur, gör, “Neftçi”də nələr edəcək! - VİDEO

“Neftçi”nin yeni transferi Surinam millisində oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Denzel Jubitananın şərəfini qoruduğu yığma komanda səfərdə Hondurasın qonağı olub.

Millətlər Liqasının KONKAKAF zonasında baş tutan qarşlaşmada Surinam proqnozları alt-üst edərək, 3:2 hesablı qələbəyə sevinib.

Qonaqlar 18-ci dəqiqədə hesabda önə keçsə də, honduraslılar 20 və 23-cü dəqiqələrdə fərqlənərək, azarkeşləri ümidləndirməyi bacarıb.

39-cu dəqiqədə səhnəyə Jubitana çıxıb. Surinam seçməsinin “10 nömrə”si sağ cinahdan ötürülən topu saxlamadan usta zərbə ilə uzaq küncə “dığırlayıb”. O, 83-cü dəqiqədə əvəzlənib.

Hesabın bərabərləşməsindən ilhamlanan surinamlılar 56-cı dəqiqədə hesabda önə keçib. Luis Palma topu öz qapısından keçirməklə rəqibini sevindirib. Bu, oyunda son nöqtə olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM