"Neftçi"yə baş məşqçi tapşırığı gəldi - Yaya kimi əcnəbi olmaz!

20 Yanvar 2020 10:10 Neftçi 1 515
"Neftçi"yə baş məşqçi tapşırığı gəldi - Yaya kimi əcnəbi olmaz!

«Neftçi» yanvarın 18-də, gecə saatlarında Roberto Bordinlə vidalaşdığını rəsmən açıqladı. Onun yerinə müvəqqəti olaraq Füzuli Məmmədov təyin olundu.

Artıq o məlumdur ki, klub rəhbərliyi yeni çalışdırıcı axtarışındadır. Konkret namizədlər var və biz bu barədə oxucularımıza məlumat vermişik (https://www.sportinfo.az/idman_xeberleri/neftci/76098.html).

Bu arada Sportinfo.az-a daxil olan məluimata görə, «ağ-qaralar» SOCAR-dan yeni təlimat alıb. Klubun həmtəsisçisi Mikayıl İsmayılov mövsüimün sonunadək komandanı yerli mütəxəssisin çalışdırmasını tapşırıb.

Bu, Fuzuli Məmmədov da ola bilər, digər bir azərbaycanlı məşqçi də. Məsələn, Mahmud Qurbanov. Premyer Liqanın ilk həftələri «Neftçi» uğurlu keçməsə, ola bilər ki, hazırkı sükançı kənara alınsın və Qurbanov o yerə gətirilsin.

Ötən mövsümdən bakılıların əvəzedici heyətini çalışdıran Mahmud bəyə şəxsən klubun prezidenti Kamran Quliyevin və vitse-prezident Elnur Eyvazovun hörməti böyükdür. Məmmədovun tək dəstəkçisi isə yaxın qohumu olan idman direktoru Ceyhun Sultanovdur.

Bordinin istefaya göndərilməsi açıqlanandan sonra «Neftçi» tərəfdarları aktivləşib. Bir çox fanatlar sosial şəbəkələr vasitəsilə klub rəhbərliyinə öz mesajlarını çatdırıb. Onlar məhz Mahmud Qurbanovu əsas komandada görmək istədiklərini bəyan ediblər.

Digər Xəbərlər
Xəbər Lenti