Bordinin yerinə 4 namizəd - "Neftçi" seçim qarşısında

19 Yanvar 2020 18:53 Neftçi 2 833
Bordinin yerinə 4 namizəd -

Dünən Roberto Bordinlə yollarını ayıran "Neftçi" artıq yeni baş məşqçi axtarışlarına start verib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, artıq paytaxt klubuna 4 mütəxəssis təklif olunub. Onlardan ikisi Azərbaycan futbol ictimaiyyətinə tanış simalardır.

Menecerlər bu yaxınlarda "Astana" ilə yollarını ayıran Roman Qriqorçuk və hazırda "Ordabası"nı çalışdıran Kaxaber Sxadadzenin xidmətini "ağ-qaralar"a təklif ediblər.

Bundan başqa, siyahıda İspaniya və Niderlanddan məşqçilər də var. Ancaq hələlik onların adları açıqlanmır. Klub rəhbərliyi isə futbolumuzu yaxından tanıyan Qriqorçukla Sxadadzeyə daha çox maraq göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO